Sumqayıt sakini itkin düşdü – FOTO

Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb.

Globalinfo.az xəbər verir ki, bu haqda DİN məlumat yayıb.

C.Əliyevin əlamətləri bunlardır: Boyu 177 sm, arıq bədən quruluşlu, gözləri kül rəngindədir. Evdən çıxan zaman əynində qara rəngli idman şalvarı, qara rəngli köynək və idman ayaqqabısı olub.

Onun barəsində məlumatı olanlardan 077-591-21-21 və 070-800-04-04 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.