Sülhməramlılardan Bayrağımıza qarşı xoşagəlməz hərəkət – ŞOK VİDEO

Rusiya sülhməramlıları Laçında Həkəri körpüsündə ucaldılan Azərbaycan Bayrağının asıldığı dirəyi aşırıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası və Teleqram kanalları məlumat yayıb.

İnsidentdən sonra ərazidə Azərbaycan Bayrağının yenidən qaldırıldığı bildirilib.

Qeyd edək ki, video 15 iyun 2023-cü il tarixdə qeydə alınıb. Həmin gün Laçın buraxılış keçid məntəqəsində insdent baş vermişdi. Ermənilər Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgərinə atəş açmışdı. Nəticədə hərbçimiz yaralanmışdı.