Sülhməramlıların yeni komandanı kimdir? – Dosye

Rusiya sülhməmralılarına yeni komandan təyin olunub.

Globalinfo.az xəbər verir ki, iddia olunduğu kimi general-mayor Kirill Kulakov Qarabağdakı Rusiya sülhməramlılarının komandanı təyin olunub.

Rusiyalı general 1969-cu ilin iyulun 20-də anadan olub.

1995-2014-cü illərdə – Kazan Ali Hərbi Komandanlıq Məktəbində müəllim işləyib.

2017-ci ilin martından – Kazan Ali Hərbi Komandanlıq Məktəbinin komandiri

“Rəşadətli əməyə görə” medalı (2009), Tatarıstan Respublikası Prezidentinin təşəkkürü (2013), “Tatarıstan Respublikası qarşısında xidmətlərinə görə” ordeni (2019) ilə təltif edilmişdir.

Əliyar Xəlil
Globalinfo.az