Sülhməramlıların texnikalarının ilk partiyası yolda – VİDEO

Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər.

Globalinfo.az bildirir ki, videoda Rusiya sülhməramlılarının hərbi texnikasının ilk partiyasının, o cümlədən “24 BTR-82A” zirehli transportyorunun Goran dəmir yolu stansiyası vasitəsilə Azərbaycan ərazisindən çıxarıldığı görünür.

Qeyd olunur ki, hərbi texnika Azərbaycanın “Yalama” sərhəd məntəqəsindən Rusiyaya aparılır.