Sülhməramlıların müşayiəti altında ermənilər silah daşıyır – VİDEO

Rusiya sülhməramlı kontingentininin müşayiəti altında ermənilərin döyüş mövqelərinə silah-sursat və digər təminat vasitələri daşınması davam edir.

Globalinfo.az “Report”a istinadən bununla bağlı bu gün – sentyabrın 1-də çəkimiş görüntüləri təqdim edir.

Görüntülərdə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə Rusiya sülhməramlı kontingentininin müşayiəti altında ermənilərin döyüş mövqelərinə silah-sursat və digər təminat vasitələri daşındığı görünür.

Xatırladaq ki, oxşar hallar əvvəllər də dəfələrlə baş verib.