Sülhməramlıların generalı separatçılara nə deyib?

Ermənistan KİV-də separatçıların sülhməramlıların komandanı Lentsovla görüşünə dair iddialar yer alıb.

Globalinfo.az xəbər verir ki, erməni mətbuatı və sosial media resurslarında rus generalın fikirləri şərh edilib.

Ermənilər iddia edirlər ki, Lenstovun cavabları “Rusiyanın türklərə (Azərbaycan və Türkiyə) qarşı çıxmaq iqtidarında olmadığını” göstərib.

Bildirilir ki, görüş şablon ifadələrlə başa çatıb. Erməni tərəfinin qaldırdığı məsələlərin həlli istiqamətində heç bir tədbir görülməyib və perspektivdə də görüləcəyinə dair siqnal verilməyib.

Tahir Turan
Globalinfo.az