Sülhməramlılardan separatçılara RƏDD cavabı: Xankəndidə gərginlik – FOTO

Rusiya sülhməramlıları separatçıların avtobuslarla Xankəndidən Laçındakı sərhər-buraxılış məntəqəsinə etiraz yürüşünü müşayiət etməkdən və onların təhlükəsizliyini təmin etməkdən imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə separatçıların nümayəndəsi Artur Osipyan məlumat yayıb.

Osipyan yürüyüş zamanı separatçıların təhlükəsizliyini təmin etmək üçün sülhməramlıların komandanı  general-polkovnik Aleksand Lentsova məktub ünvanladıqlarını bildirib. Amma cavabında komandanlıqdan rədd cavabının gəlməsi separatçıları qəzəbləndirib.

Osipyan həmçinin ərazidəki nəzarət-buraxılış məntəqəsində rus sülhməramlılarının ermənilərin maşınlarını diqqətlə yoxladığını, odlu silah, partlayıcı maddə və qadağan olunmuş əşyaların keçidinə icazə vermədiklərini deyib.

Qeyd edək ki, ermənilər İrəvandan Qarabağa göndərilən TIR-ların Laçın postundan keçidinin təmin edilməsində də sülhməramlı kontingentə arxayın olduqlarını açıqlamışdılar. Amma günlərdir rus rülhməramlılarından onlara heç bir cavab verilmədiyi üçün Laçın yolunda TIR-ların gözlədilməsi ermənilər tərəfindən ciddi tənqidlərə məruz qalımışdı.

Ayşən Mustafa
Globalinfo.az