Şuşadan qaçmış Ohanyan yenə sərsəmlədi

“Biz çalışmalıyıq ki, Rusiya sülhməramlıları səlahiyyət müddəti başa çatdıqdan sonra da Qarabağda qalsınlar”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

“Xarici siyasətdə ciddi addımlar atılmalıdır. Rusiya ilə əlaqələrə, beynəlxalq platformalarda atılan addımlara diqqət edilməlidir. Qarabağda ermənilərin təhlükəsizliyini sülhməramlılar təmin edir, onların orada qalmasına çalışmaq lazımdır. Həmçinin bölgədəki “müdafiə ordusu” hərəkətə keçməli və güclənməlidir”, – deyə Şuşadan qaçmış Ohanyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az