Sülhməramlılar Qarabağdan çıxır: paytaxt bu şəhərə köçürülür? – VİDEO


***06:00

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti Azərbaycanı tərk edir. Bu, Qarabağdan, xüsusən Xankəndidən sonuncu yad qüvvələrin də çıxarılması deməkdir.

Xankəndi Şuşaya yaxın olması və tarixi əhəmiyyəti baxımdan Azərbaycan üçün mühüm önəm daşıyır. Hətta zaman-zaman paytaxtın bu şəhərə köçürülməsi də gündəmə gəlib. Lakin müxtəlif səbəblər, o cümlədən sülhməramlıların ərazidə mövcudluğu, ermənilərin qayıtması ehtimalına görə bu versiya arxa plana atılırdı. Sülhməramlıların Azərbaycanı tərk etdiyini nəzərə alsaq, yaxın illərdə paytaxtın Xankəndiyə köçürülməsi mümkündürmü?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli deyib ki, Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi prosesi yenicə başlayıb.

Ətraflı videoda:

Safura Bənnayeva
Globalinfo.az