Sülhməramlıların Qarabağdan çıxması göstərir ki… – Marqaryan

“Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılması Bakı ilə Moskva arasında müttəfiqlik münasibətlərinin dərinləşdiyini göstərir”.

Globalinfo.az xəbər verir ki, bunu hərbi və siyasi məsələlər üzrə ekspert Armine Marqaryan deyib.

“Azərbaycan və Rusiya arasında müttəfiqlik münasibətləri sistemli və  gələcəyə hesablanmış şəkildə möhkəmlənir. Hətta Rusiyanın bundan sonra Ukraynada davam edən müharibəni dondurmağa hazırlaşdığını deyə bilərik”, – ekspert bildirib.

Qeyd edək ki, ötən gün Azərbaycan və Rusiya rus sülhməramlıların Qarabağdan çıxarılması prosesinin başladığını təsdiqləyiblər.

Ayşən Mustafa
Globalinfo.az