Sülhməramlılar Qarabağı tərk edir, Zəngəzur dəhlizi açılır – Ekspert

Azərbaycan Xankəndi və ətraf ərazilərdə daxil olmaqla bütün torpaqlarında nəzarəti bərpa etdikdən sonra Rusiya sülhməramlılarının səlahiyyət müddəti məsələsi yenidən aktuallaşdı. Bəzi ekspertlər iddia edirlər ki, hazırda sülhməramlıların Qarabağda qalması üçün səbəb yoxdur. Bəziləri isə sülhməramlıların səlahiyyət müddətinin uzadılmasını Zəngəzur dəhlizi ilə bağlı olaraq vacib hesab edirlər.

Maraqlıdır, Rusiya sülhməramlıları Azərbaycanı nə vaxt tərk edəcəklər? Zəngəzur dəhlizi nə zaman açılacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, Rusiya sülhməramlılarının Azərbaycanı tərk etmə tarixi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüs sammitində mühüm informasiya verdi:

Netanyahunun Bakıya göndərdiyi mesajda sensasion detallar: böyük prosesin şifrələri açılır - GlobalInfo.az

Qədir Aslan

“Həmin çıxışda Ərdoğan qeyd etdi ki, 2025-ci ilə qədər sülhməramlılar Qarabağı tərk edəcək və dərhal da əlavə etdi ki, əziz qardaşım İlham Əliyev bu işlərlə məşğuldur.

Bu sözlər iyul ayında deyilib və biz sentyabr ayında baş verən proseslərin nə dərəcədə vacib olduğunu gördük. Hazırda Rusiya tərəfi də rəsmi şəkildə açıqlayıb ki, sülhməramlıların səlahiyyət müddətinin artırılması Bakı ilə danışılmalıdır.

Hesab edirəm ki, sülhməramlılar 2025-ci ildə Azərbaycanı tərk edəcək. Azərbaycan hazırda bu istiqamətdə müvafiq işlər görür. Rəsmi Bakı regionda üçüncü bir ölkənin qalmasına ehtiyac görmür.

O ki qaldı Zəngəzur dəhlizinin nə zaman açılmasına, Türkiyə tərəfi də bu məsələ ilə yaxından maraqlanır. Burada Ankara-Bakı birgə maraqları var. Bundan əlavə, Rusiyanın da maraqları bizimki ilə üst-üstə düşür. Bu baxımdan hesab edirəm Ermənistan ilə diplomatik münasibətlər normallaşandan sonra bu məsələ də öz həllini tapacaq”.

Turan Rzayev
Globalinfo.az