Zatulin təsdiqlədi: “Sayılı günlər qalıb, sülhməramlılar Qarabağdan çıxır”

“Rusiya sülhməramlı kontingentinin Qarabağda sayılı günləri qalıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.

O, ermənilərin sülhməramlılara güvənmədikləri üçün Qarabağı tərk etdiklərini bildirib:

“Ermənilərin Qarabağdan getməsi artıq sülhməramlılara güvənmədikləri mənasına gəlir. Bizim kontingentin Qarabağda qoruya biləcəyi kimsə yoxdur. Azərbaycan Saakyanı və Qukasyanı sülhməramlıların gözü önündə həbs etdi. Bu, adi məsələ deyil.

İnsanlar artıq Qafqazın sonrakı taleyindən danışmağa başlayıblar. Bəziləri Gürcüstanın Azərbaycanı örnək alaraq Abxaziya, Cənubi Osetiya üçün hərəkətə keçəcəyini deyirlər. Təbii ki, bu, mümkün deyil”.

Qeyd edək ki, Ermənistan KİV-də yayılan məlumatlarda rus sülhməramlılarının noyabrın 1-nə kimi Qarabağı tərk edəcəyi iddia olunur.

Ayşən Mustafa
Globalinfo.az