Sülhməramlılardan Bakının “Ağdam təklifi”nə CAVAB

Qarabağdakı separatçılar indi də bölgədə müvəqqəti yerləşən rus sülhməramlılarının ərzaq, su və yanacaq təminatı ilə bağlı problem yaşadığını iddia edirlər.

Globalinfo.az xəbər verir ki, iyunun 15-də Həkəri körpüsündə baş verən təxribatdan sonra Laçın yolu boyunca hərəkətin dayandırılmasının sülhməramlıların vəziyyətini çətinləşdirdiyi bildirilib.

Məlumata görə, sülhməramlılar həmin tarixə kimi ərzaq, su və yanacaq ehtiyacları üçün təminatı Gümrüdə yerləşən 102-ci bazadan həyata keçirib, həmçinin onların bir qismini Xankəndiyə göndərib.

Qeyd edək ki, bir qədər əvvəl sülhməramlılar yolda hərəkətin bərpası üçün Azərbaycan tərəfinə müraciət ediblər. Bakı isə onlara istədikləri qədər ərzaq və digər təminatları Ağdamdan ala biləcəkləri barədə məlumat verib. Rus sülhməramlılarının bu təklifi qəbul etmədikləri bildirilir. Nəticə olaraq hazırda Qarabağda müvəqqəti yerləşən və mütəmadi olaraq separatçı rejimə kömək edən sülhməramlı missiyanın yanacaq çatışmazlığı problemi yaşadığı iddia olunur.

Ayşən Mustafa
Globalinfo.az