Bakı ilə danışıqlarda ciddi dəyişiklik var – Paşinyan

ilham eliyev pashin1 1

“Sülh müqaviləsində qaranlıq qalan məsələlərlə bağlı şifahi razılaşmalar var, bircə bunların mətndə də qeyd edilməsi qalıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

Baş nazir mətnin tam şəkildə müqavilənin imzalanmasına bir gün qalmış da həll edilə biləcəyini qeyd edib:

“Sülh müqaviləsi imzalamaq üçün hər gün gözəl fürsətdir. Hələ ki yekun müqavilə mətni yoxdur. Lakin bu, tez zamanda həll edilə bilər. Bir sıra məsələlər üzrə razılıq əldə olunub. Müqavilənin harada və nə zaman imzalanması isə daha sonra müzakirə olunacaq. Deyə bilərəm ki, sülh danışıqlarındakı ab-havada ciddi dəyişiklik var. Lakin bu, finiş xəttinə çatdığımız anlamına gəlmir”.

Ayşən Mustafa
Globalinfo.az