Rusiya XİN: Bakı və İrəvan sülhə hazır deyillər

“Azərbaycan və Ermənistan arasında tələsik formada sülh müqaviləsi imzalamaq cəhdi gələcəkdə yeni münaqişələrin yaranmasına səbəb olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

“Belə bir saziş regiona davamlı sülh gətirməyəcək. Prioritet sürət deyil, balanslaşdırılmış və qarşılıqlı məqbul qərarların keyfiyyətli hazırlanması olmalıdır. Moskva hesab edir ki, müqavilənin imzalanacağı tarixi tərəflər özləri müəyyənləşdirməlidirlər. Amma Bakı və İrəvan hələ ki, sülh müqaviləsinin imzalanmasına hazır deyillər. Biz bir sıra mürəkkəb mövzuların həlli yollarını tapmalıyıq” -deyə, Qonçar bildirib.

Əliyar Xəlil
Globalinfo.az