Sülh sazişinə dair sənəd… – Ermənistan XİN

Ermənistan və Azərbaycan arasında sülh sazişinə dair sənədin mətninin razılaşdırılması üzrə işlər davam edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “24News” portalına müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

Onun sözlərinə görə, hələ də bəzi fikir ayrılıqlarının olmasına baxmayaraq, vahid mətnə ​​nail olmağın mümkün olacağına ümid var:

“Görüşlərdə biz hər iki tərəfin mövqelərini yaxınlaşdırmağa çalışırıq”.