
“Yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbərlər ola bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Azadlıq Radiosu”nun sualına cavabında deyib.
XİN başçısı Azərbaycanla danışıqlarda son vəziyyəti açıqlayıb:
“Əslində, lazımi hər şey edilib, yenilənəcək hər hansı məlumat yoxdur. Daha əvvəl müqavilənin imzalanması ilə bağlı Bakı ilə məsləhətləşmələrə hazır olduğumuzu bildirmişdiq, yenə eyni fikirdə qalırıq. Hələlik heç bir ciddi irəliləyiş yoxdur, amma söhbət aparılır. Səbirli olmalıyıq, bəlkə də yaxın gələcəkdə yaxşı xəbərlər olacaq”.
Ayşən Mustafa
Globalinfo.az