Sülh sazişi nə vaxt imzalanacaq? – Erməni deputat tarix verdi

“Erməni xalqının və digər bütün siyasi qüvvələrin ölkənin satılması prosesinin dayandırılması üçün 5-6 ay vaxtı qalıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Blokundan deputat İşxan Saqatelyan deyib.

“Keçən ilin bu günlərində biz indi baş verən təhlükə haqqında danışırdıq. Son günlər Nikol Paşinyan Qarabağ və Ermənistanın satılmasının yol xəritəsi və qrafikini yayımladı. Ayın 25-də Moskvada üçtərəfli bəyanatla çıxış edəcəklər, bunun məntiqi davamı isə Kişinyov olacaq. Daha sonra isə Brüsseldə kapitulyasiya haqqında razılaşmağa cəhd edəcəklər. Oktyabrda isə tam kapitulyasiya razılaşması imzalanacaq. Xalqın bunun qarşısını almaq üçün 5-6 ay vaxtı var”, – o bildirib.

İlkin Həsənov
Globalinfo.az