“ABŞ və İran arasında razılaşma növbəti 24 saat ərzində imzalana bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif deyib.
O, İran və ABŞ-ın sülh sazişinin imzalanmasına çox yaxın olduğunu bildirib:
“Pakistan sazişin elektron şəkildə imzalanmasına və ardınca gələn həftə baş tutması planlanan texniki səviyyəli danışıqlara hazırlaşır. ABŞ və İrana danışıqlar zamanı öhdəliklərə riayət etdikləri üçün təşəkkürümü bildirirəm. Əminik ki, bu saziş davamlı sülh üçün möhkəm təməl olacaq”.
Əliyar Xəlil
Globalinfo.az