Azərbaycanla sülhə hazırıq: 3 maddə var – İrəvan

“Ermənistan Azərbaycanla sülh sazişi üzərində işləməyə davam edir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının sədr müavini Ruben Rubinyan deyib.

O, Ermənistanın proseslə bağlı əsas tutduğu prinsipləri nəzərə çatdırıb:

“- Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı olaraq tanımalı;

– Hər iki ölkə sərhədlərin demarkasiyası üçün 1991-ci il Alma-Ata Bəyannaməsinə qeyd-şərtsiz sadiqlik nümayiş etdirməli;

– Nəqliyyat kommunikasiyalarının fəaliyyətinə maneələr ölkələrin suverenliyi, bərabər səlahiyyət prinsipi əsasında həyata keçirilməklə aradan qaldırılmalıdır”.

Əliyar Xəlil
Globalinfo.az