9e8cb805 8876 4811 9ddd dc42f866bc77

Gürcüstanın paytaxtı Tbilisinin rəmzi olan abidələrdən biri – Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, 28 May – Müstəqillik Günü münasibətilə Tbilisidə Azərbaycan bayrağının rənglərinə bürünmüş işıq şousu təşkil olunub.

Şəhərin memarlıq simvollarından biri olan Sülh körpüsü Azərbaycan bayrağının mavi, qırmızı və yaşıl rəngləri ilə işıqlandırılıb.

Aksiya Azərbaycanın milli bayramına dost Gürcüstanın diqqət və ehtiramının göstəricisi kimi qiymətləndirilir.

Qeyd edək ki, Tbilisidə Azərbaycanın Müstəqillik Günü münasibətilə simvolik abidələrin işıqlandırılması artıq bir neçə ildir ənənəyə çevrilib və yerli ictimaiyyət tərəfindən müsbət qarşılanır.

9a29ad01 1b5a 47e6 a84a 52befe4f73b7 5ae1d2e5 be7c 419f a354 f02d3087bc7e 1

Paylaş: