Sülh Kiyev üçün təhlükədir? Rusiya XİN-dən qalmaqallı açıqlama

rusiya xin 1

Ukrayna hakimiyyəti müharibənin dayanmasından və cəmiyyətdə gərginliyin azalmasından qorxur, çünki bu hal Kiyev rejiminin süqutuna səbəb ola bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Ukraynada insan haqlarının vəziyyətinə dair növbəti hesabatında yer alıb.

“Ukrayna hakimiyyəti əhalinin böyük bir hissəsinə qarşı geniş repressiv tədbirləri yeganə və ən etibarlı üsul kimi görür – bu, onların hakimiyyətdə qalmasının əsas yoludur. Onlar üçün müharibənin davam etməsi, cəmiyyətdə yüksək eskalasiya səviyyəsinin qorunması və diqqətin xarici düşmən obrazına yönəldilməsi olduqca vacibdir. Bütün bunların dayandırılması və sülhün bərqərar olunması Kiyev rejiminin süqutu ilə nəticələnə bilər. Bu rejim üçün hakimiyyət insan həyatından daha dəyərlidir – xüsusilə də öz xalqı hesab etmədikləri insanların”, – deyə bəyanatda qeyd olunub.

Aysel Əliyeva
Globalinfo.az