İrəvan tələsir: Sülh sazişini tez imzalamalıyıq – Qriqoryan

“Sülh danışıqlarında həllini tapmayan məsələlər var, amma İrəvan sülh məsələsində qərarlıdır”.

Globalinfo.az  xəbər verir ki, bunu ABŞ-da işgüzar səfərdə olan Armen Qriqoryan “Amerikanın Səsi” radiosuna müsahibəsində deyib.

“Ermənistan sülh sazişinin mümkün qədər tez imzalanmasında qərarlıdır. Çünki bu, Ermənistanın müstəqilliyi, suverenliyi və demokratiyasının qorunması üçün vacibdir. Demarkasiya prosesinin hansı xəritələr əsasında aparılması ilə bağlı da konkret razılaşma yoxdur, bu istiqamətdə müzakirələr davam edir”, – o bildirib.

Tahir Turan
Globalinfo.az