suleyman rustem 1112

Xalq şairi Süleyman Rüstəmin yeganə oğlu Azad Rüstəmzadə vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, 80 yaşlı Azad Rüstəmzadə bu gün dəfn edilib.

Qeyd edək ki, Azad Rüstəmzadə 1946-cı ildə anadan olub. O, 1989–2009-cu illərdə Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.

azad rustemzade

Paylaş: