tramp

Ukrayna və ABŞ faydalı qazıntıların işlənməsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı memorandum imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko məlumat verib.

“Bu gün biz ABŞ ilə iqtisadi tərəfdaşlıq haqqında birgə razılaşmaya doğru bir addım atdıq. Komandalarımızın konstruktiv əməkdaşlığını və qarşılıqlı faydalı razılaşmanın yekunlaşdırılmasına yönələn niyyəti təsdiqləyən memorandum imzaladıq,” – deyə o bildirib.

Nazirin sözlərinə görə, bu saziş Ukrayna və ABŞ arasında böyük investisiyalar, infrastrukturun modernləşdirilməsi və qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını açacaq. Eyni zamanda, Ukraynanın bərpasına yönələn İnvestisiya Fondunun yaradılması üzərində də işlər aparılır.

İmzalanma mərasimi onlayn formatda baş tutub. Ukrayna tərəfindən sənədi iqtisadiyyat naziri Sviridenko, ABŞ tərəfindən isə maliyyə naziri Bessent imzalayıblar.

Memorandum razılaşma deyil, sadəcə olaraq gələcəkdə belə bir sazişin imzalanma niyyətini təsdiq edən sənəddir.

Hər iki ölkənin texniki komandaları razılaşma üzərində işləri davam etdirəcəklər, ardınca sənəd Ali Rada tərəfindən ratifikasiya olunmalıdır.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: