mubariz elmar

Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonda özlərini jurnalist kimi tanıdan iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub.

Balakən RPŞ-nin keçirdiyi tədbirlərlə həmin şəxslər – 48 yaşlı Mübariz Nağıyev və 47 yaşlı Elmar Əliyev müəyyən edilərək saxlanılıb.

Bildirilib ki, onlar əsasən stomatoloqlara yaxınlaşaraq guya qanunsuz fəaliyyət göstərmələri barədə videoçəkiliş etməklə hədə-qorxu gəliblər və zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitlərini ələ keçiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1738b3b9 0a84 4e12 9d18 553abfd7adfb

Mübariz Nağıyev

a9f274a4 b386 4a7c 9e5e d98d1f134f71

Elmar Əliyev

Paylaş: