Stoltenberq 1

Yens Stoltenberqin NATO BAş katibi kimi səlahiyyət müddəti daha bir il uzadılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Stoltenberq öz tvitter hesabında bildirib.

“NATO müttəfiqlərinin qərarı ilə Baş katib kimi səlahiyyət müddətim 2024-cü il 1 oktyabradək uzadılıb. Bundan şərəf duyuram. Avropa və Şimali Amerika arasındakı Transatlantik bağ 75 ilə yaxındır ki, bizim azadlığımızı və təhlükəsizliyimizi təmin edib. Alyansımız indi daha çox təhlükəli olan dünyada həmişəkindən daha vacibdir”, – o deyib.

Tahir Turan
Globalinfo.az

Paylaş: