Stoltenberqdən Gürcüstanda xarici agentlərlə bağlı qanuna etiraz 

NATO-nun Baş katibi Yens Stoltenberq Gürcüstan hakimiyyətinin xarici agentlər haqqında qanun layihəsini parlamentə yenidən təqdim etmək niyyətini tənqid edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Stoltenberq Brüsseldə keçirilən görüşdən sonra danışıb.

O deyib ki, Gürcüstanda “Xarici agentlər haqqında” qanunun yenidən təqdim edilməsinə qarşıyam.

Stoltenberq bildirib ki, sözügedən qanunun tətbiqi Gürcüstanda demokratik təsisatların güclənməsinə qarşı bir addımdır.

“Gürcüstan NATO və Aİ ilə yaxınlaşmaq üçün islahatlar üzərində işləməlidir”, – Stoltenberq vurğulayıb.

Stoltenberq qeyd edib ki, qanun Gürcüstanda media azadlığına zərər verə bilər.