Stokholmda yandırılan Quranı söndürməyə cəhd edən qadın saxlanıldı

İsveçin paytaxtı Stokholmda iraqlı miqrant Salvan Momikanın növbəti dəfə təşkil etdiyi Quran yandırmaq aksiyası zamanı naməlum bir qadın müqəddəs kitabı söndürməyə cəhd edib.

Globalinfo.az xəbər verir ki, İsveçdə hüquq-mühafizə orqanları yanğınsöndürən balonla nümayişçilərə tərəf qaçan və kitabı söndürməyə çalışan qadını nəzarətə götürüblər.