STM və ombudsman hesabat təqdim edir

Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi hesabatının təqdimatı keçirilir.

Globalinfo.az bildirir ki, toplantıda Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Baş prokurorun müavini Elmar Camalov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Layihə STM ilə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin birgə təşkilatçılığı ilə baş tutur.