Ştaynmayer: “İsrailin yanındayıq”

“Almaniya İsrailin yanındadır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniya prezidenti Frank-Valter Ştaynmayer deyib.

O, Yaxın Şərqdəki gərginliyin bütün dünyaya təsir etdiyinə diqqət çəkib və Almaniyanın İsrailin yanında olduğunu qeyd edib:

“Almaniya beynəlxalq humanitar hüququn prinsiplərinin qorunmasını və Qəzza zolağında gərginliyin aradan qaldırılmasını istəyir. Yaxın Şərqdə daimi sülh o zaman mümkün ola bilər ki, iki müstəqil dövlət israil xalqına və fələstinlilərə təhlükəsizlik və gələcək perspektiv vəd etsin”.

Almaniya Prezidenti Ukrayna müharibəsinə də diqqət çəkib:

“Putin sülh yox, müharibə istəyir. Onun məqsədi Ukraynanı məhv etməkdir.  Ukrayna ilə həmrəyliyimiz fasiləsiz olaraq davam edir. Almaniya Ukraynanın ikinci ən böyük dəstəkçisidir”, – Ştaynmayer vurğulayıb.

Dünyanın üzləşdiyi problemlərdən birinin iqlim dəyişikliyi olduğunu vurğulayan Ştaynmayer, bu problemin birgə fəaliyyət əsnasında mümkün ola biləcəyini deyib.

Əliyar Xəlil,

Globalinfo.az