Statusun verilməsi bu məsələdən asılıdır – Kaladze

Əgər Avropa Birliyinə namizəd ölkə statusu Saakaşvilinin azad olunmasından asılıdırsa, belə status Gürcüstana lazım deyil.

Globalinfo.az xəbər verir ki, bunu Tiflis meri Kaxa Kaladze deyib.

“Saakaşvilinin azad olunması ilə bağlı deyirlər ki, əgər onu buraxmasınız, Gürcüstan sözügedən statusu almayacaq. Mən şəxsi fikrimi səsləndirim: bizə belə status lazım deyil, qoy özlərinə saxlasınlar”, – o bildirib.

Qeyd edək ki, bu, Kaladzenin son 24 saatda ikinci bənzər açıqlamasıdır.

Zaira Akifqızı
Globalinfo.az