64416b2e291a564416b2e291a6168200887864416b2e291a364416b2e291a4

Azərbaycanın qadın güləşi üzrə millisinin aparıcı üzvü Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Globalinfo.az xəbər verir ki, 50 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada həmyerlisi olan ukraynalı Oksana Livaçla üz-üzə gəlib. Rəqibini 9:4 hesabı ilə məğlub edən Stadnik 9-cu dəfə Avropa çempionu olub.

 

Qeyd edək ki, bu gün daha 2 güləşçimizin medal qazanmaq şansı var. Belə ki, Elnurə Məmmədova (55 kq) və Alyona Kolesnik (59 kq) bürünc medal uğrunda güləşəcəklər.

Paylaş: