Futbol matçı zamanı stadiona ildırım düşdü: ölənlər var

Keniyanın qərbindəki Kissi vilayətində keçirilmiş futbol matçı zamanı stadiona ildırım düşüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Citizen TV Kenya” məlumat yayıb.

Hadisənin “Manyansi” və “Gianchore” futbol klubları arasındakı qarşılaşma zamanı baş verməsi qeyd olunub.

İldırım vurması nəticəsində əlavə olaraq iki futbolçu da xəsarət alıb və Nyamira xəstəxanasına yerləşdirilib.