“Sputnik Azərbaycan“ın baş redaktoru Yevgeni Belousov həbsdən azad edildikdən sonra Bakıdan çıxıb.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Qeyd edək ki, ötən gün Xətai Rayon Məhkəməsi Belousovun işi üzrə vəsatəti təmin edib və o, ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, bundan əvvəl “Sputnik Azərbaycan” agentliyinin icraçı direktoru İqor Kartavix həbsdən buraxıldıqdan sonra Azərbaycandan Rusiyaya gedib. İqor Kartavıx barəsindəki həbs-qətimkan tədbiri də ev dustaqlığı ilə əvəz olunmuşdu. Bir neçə gün sonra o, azadlığa buraxılaraq Moskvaya yola salınıb.
Əliyar Xəlil
Globalinfo.az