“SpaceX” Aya və Marsa insanlı missiyalar üçün nəzərdə tutulmuş dünyanın ən böyük raketinin birinci mərhələsini buraxılış kompleksinə qaytarmağa nail olub.
Globalinfo.az xəbər verir ki, uğurlu uçuşdan sonra “Super Heavy” daşıyıcı raketi tarixində ilk dəfə Texasdakı buraxılış meydançasına enib.
İdarə olunan “Starship” kosmik gəmisi orbitə uğurla daxil olub. Sınaq planına əsasən, o sonradan orbitdən çıxarılaraq Hind okeanında batırılacaq.
“Əvvəlki sınaqlarda bunu etmək alınmayıb, raket ya düşüb, ya da planlaşdırıldığı kimi geri qayıtmayıb”, – məlumatda qeyd olunub.