“Space”dən ayrılan Rövşanə burada işləyəcək

Aparıcı Rövşanə Ağasəfqızı Space TV-dən işdən çıxarılıb. 

Globalinfo.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı fəaliyyətini MTV-də davam etdirəcək.

Rövşanə kanal rəhbərliyi ilə görüşüb və təklifi qəbul edib.

R.Ağasəfqızı bundan əvvək açıqlamasında “Hazırda məzuniyyətdəyəm. Bu gün Space TV-nin rəhbəri Vado Korovinin kürəkəni, icraçı direktor mənə zəng vurdu və işimə xitam verildiyini bildirdi. Heç bir səbəb isə söyləmədi. Mənim üçün gözlənilməz oldu. Maraqlı layihə olarsa, iş təkliflərini dəyərləndirməyə hazıram” demişdi.