i 6 1

ABŞ əcnəbi məmurlar və rəsmi şəxslər üçün yeni viza məhdudiyyəti siyasəti tətbiq edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio açıqlama yayıb.

Onun sözlərinə görə, bu siyasət ABŞ vətəndaşlarının söz azadlığını məhdudlaşdıran simalara qarşı tətbiq ediləcək.

“Amerikalılar öz söz azadlığı hüquqlarını müdafiə etdikləri üçün uzun müddət cərimələrə, təqiblərə və ittihamlara məruz qalıblar. Bu gün mən amerikalıların söz azadlığını məhdudlaşdıran əcnəbi məmurlara, rəsmi şəxslərə qarşı yeni viza məhdudiyyətləri siyasətini elan edirəm”, – deyə, Rubio “X” hesabında qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: