Söyüşə görə iki nəfər bıçaqlandı

Şəmkirdə törədilən bıçaqlanma hadisənin təfərrüatı məlum olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, ilkin məlumata görə, rayonun Könüllü kəndində – 1989-cu il təvəllüdlü Pərviz İsayev 1977-ci il təvəllüdlü Azər Əliyevlə söyüş üstdə mübahisə edib.

Bu zaman P.İsayev A.Əliyevə bir neçə bıçaq zərbəsi vuraraq ona xəsarətlər yetirib. Bundan xəbər tutan A.Əliyevin qardaşı, 1987-ci il təvəllüdlü Bəxtiyar Əliyev hadisə yerinə gəlib və üzərində olan bıçaqla P.İsayevə xəsarətlər yetirib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis B.Əliyevi saxlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.