Söyüşə görə cinayət: Qonşusunu dəmirlə döydü

Göygöl sakini dəmir parçası ilə qonşusuna xəsarət yetirib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Göygöl şəhəri, Aydın Hacıyev küçəsində Tural Turan oğlu Hüseynov qonşusu Aftandil Malik oğlu Qurbanova dəmir parçası ilə xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Qonşular arasında mübahisəyə səbəb Aftandil Qurbanovun küçədə tanışları ilə söhbət edərkən ucadan nalayiq ifadələr işlətməsi olub.

Faktla bağlı cinayət işi başlanılıb.