Şoyquya yeni müavin təyin edildi

General-leytenant Andrey Bulıqa Rusiya Müdafiə nazirinin Silahlı Qüvvələrin maddi-texniki təchizatına cavabdeh müavini təyin edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

İndiyədək Bulıqa Qərb Hərbi Dairəsinin maddi-texniki təminat üzrə komandirinin müavini vəzifəsində çalışıb.