Şoyqu Qarabağdakı sülhməramlılardan danışdı

“Qarabağdakı Rusiya sülhməramlıları mülki şəxslərin Ermənistana köçürülməsinə yardım edib”. 

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu qeyd edib.

O bildirib ki, vəziyyətin gərgin olduğu zamanda Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri yerinə yetirməyə davam edib:

“Mülki şəxslər baza düşərgələri və müşahidə məntəqələrində yerləşdirilib, daha sonra təxliyə ediliblər. Həmçinin sülhməramlı kontingentin vasitəçiliyi ilə tərəflər arasında atəşkəs razılaşması əldə olunub. Ağdam və Laçın marşrutları ilə təxminən üç yüz tona yaxın humanitar yük daşınıb. Hərbçilərimiz Xankəndidə yanacaqdoldurma məntəqəsinin partlaması nəticəsində meydana gələn yanğının söndürülməsində də iştirak ediblər. Mən bizim uşaqlara peşəkar fəaliyyətlərinə görə təşəkkür edirəm”.

Ayşən Mustafa
Globalinfo.az