Ərdoğanla Paşinyan “soyqırımı” barədə razılığa gəlib?

“Türkiyə və Ermənistan münasibətlərinin nizamlanması prosesi üçün heç bir ilkin şərt irəli sürülməyib”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə deputatların suallarını cavablandırarkən deyib.

Mirzoyan Nikol Paşinyanın “erməni soyqrımı”nın təbliğatnı doğru hesab etməməsi ilə bağlı qalmaqala səbəb olan açıqlamasına aydınlıq gətirib:

“İki ölkə arasında aparılan müzakirələrdə “erməni soyqırımı”nın tanınması, yaxud əleyhinə təbliğatın aparılması ilə bağlı heç nə danışılmayıb. Belə bir şey yoxdur. Hər iki tərəf dəfələrlə bəyan edib ki, məqsəd ölkələr arasında münasibətlərin qaydaya salınmasıdır”.

Ayşən Mustafa
Globalinfo.az