Sosial şəbəkələrin mənfi cəhətləri: Mask instaqram və tviterin insanlara təsirindən danışdı

Amerikalı milyarder, tviterin hbəri İlon Mask instaqramın və tviterin mənfi cəhətini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Mask instaqramda fotolara baxmağın depressiyaya saldığını, tviterin isə insanları qəzəbləndirdiyini deyib.

Mask həmçinin bildirib ki, tviterdə yazılanlar isə onda gülüş yaradır.

“İnstaqramın əsas çatışmazlığı “insanların həyatlarının əslində olduğundan daha yaxşı görünməsi”dir” , – deyə o əlavə edib.