Sorosun “xüsusi təyinatlılarının” əməliyyatı İrəvanı qarışdırır – Rusiya ilə gərginlik

“Paşinyan Qərbin tələblərini yerinə yetirdi deyə Rusiyanın düşməninə çevrildi”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşr yazır ki, Münhen görüşündən sonra Ermənistanla Rusiya arasında münasibətlər açıq qarşıdurma mərhələsinə qədəm qoyub:

“Bu, Qərbin yekun mövqe tutmaq tələbi idi: Maraqlıdır, Ermənistan onlarladır, yoxsa Rusiya ilə? Fransa mətbuatına müsahibə verən Nikol Paşinyan bu tələbi yerinə yetirərək Ermənistanın KTMT-yə üzvlüyünün dondurulduğunu, Rusiyanın ötən ilin sentyabrında Ermənistanda dövlət çevrilişinə cəhd etdiyini bildirdi. Rəsmi mənbələr həmçinin bildirirlər ki, Qərb Mqer Qriqoryanın baş nazirin müavini vəzifəsində davam etdirilməsinin məqsədəuyğun olmadığı sualını qaldırıb.
Məlumdur ki, Sorosa yaxın hökumət nümayəndələri Mqer Qriqoryandan mütəmadi olaraq Paşinyana şikayət edir, onu Rusiyaya yaxın fiqur hesab edirlər və Qriqoryanın Ermənistanda Qərbin planlarına mane olduğundan şübhələnirlər”, deyə qeyd edilib.

Zaira Akifqızı
Globalinfo.az