c736b937 d3be 366e 824c 52bbacad322b 850

Volodimir Zelenskinin hakimiyyəti dövründə Ukraynada demokratiya səviyyəsi aşağı düşüb.

Globalinfo.az xəbər verir ki, bunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğunun nəticələri sübut edir.

Belə ki, ukraynalıların 43 faizi hesab edir ki, Zelenskinin hakimiyyəti dövründə Ukraynada demokratiya səviyyəsi aşağı düşüb. Respondentlərin 28 faizi bunu birbaşa hakimiyyətin vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırmaq cəhdləri ilə əlaqələndirir.

Saorğuda iştirak edənlərin cəmi 19 faizi Zelenskinin hakimiyyəti illərində demokratik vəziyyətin yaxşılaşdığını bildiriblər. Respondentlərin 29 faizi isə vəziyyətin dəyişmədiyi qənaətindədirlər.

Sorğunun nəticələrinə görə, ukraynalıların yalnız 90 faizi Ukraynanı tam demokratik ölkə kimi görmək istəyir.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: