Son sutkada daha 36 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 100 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 849 nəfər müalicə olunaraq sağalıb, 9 942 nəfər vəfat edib, aktiv xəstə sayı 309 nəfərdir.

Ölkədə son sutka ərzində 2 112, hazırkı dövrədək isə 7 313 756 test aparılıb.

Azərbaycanda daha 36 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib