Son şansımızdır, əks halda 90-cı illərə qayıdacağıq – Qoçiridze

Gürcüstana birbaşa investisiyaların azalması Gürcü Arzusunun anti-Qərb siyasətinin nəticəsidir.

Globalinfo.az xəbər verir ki, bunu gürcü iqtisadçı Roman Qoçiridze deyib.

Onun sözlərinə görə, bu azalma artıq iki ildir gedir.

“Tənəzzül 64%-ə çatır. Bu isə Gürcü Arzusunun anti-Qərb siyasətinin nəticəsidir. Onun xarici agentlər haqqında qanun və ABŞ-ın sanksiyaları ilə əlaqəsi yoxdur. Belə davam etsə, ölkə iqtisadiyyatı çökəcək. Xarici investisiyaların azalması, Milli Bankın rezervlərinin sürətlə əriməsi, larinin devalvasiyası, qiymətlərin artması, kütləvi emiqrasiya və yoxsulluq deməkdir. Biz sadəcə seçkiyə 5 ay qalmağı ilə bağlı özümüzə təsəlli verə bilərik. Əgər Gürcü Arzusu bu seçkidə yenə qalib gəlsə, onda Gürcüstan 90-lara qayıdacaq”, – Qoçiridze bildirib.

Qeyd edək ki, Gürcüstana birbaşa investiyalar bu ilin ilk rübündə 64% azalıb. Bu son illərin ən böyük nəticələrindən sayılır.

Əliyar Xəlil
Globalinfo.az