“Son proseslər Ermənistanın Suriyaya bənzədiyini deməyə əsas verir”

“Son dövrlər Ermənistanda baş verən proseslər Ermənistanın Suriyaya bənzədiyini göstərir”.

Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, regional məsələlərin regional çərçivədə həll olunması çox vacibdir. Azərbaycan bu gündəliyi dəstəkləyir:

“Bəzi tərəflər də özlərinin malik olduqları geosiyasi problemləri regionumuza ixrac etmək istəyirlər. Cənubi Qafqaz regionunda bu məsələlər ehtiyac yoxdur. Regional sülh gündəliyi üçün regional problemlərin region çərçivəsində həll olunması çox vacibdir. Azərbaycan bu sülh gündəliyini dəstəkləyir. Amma son dövrlər Ermənistanda baş verənlərin Ermənistanın Suriyaya bənzədiyini deməyə əsas verir”.