abs iran sulh

Xəbər verdiyimiz kimi, ABŞ və İran arasında elektron qaydada memorandum imzalanıb.İran Prezidenti Məsud Pezeşkian bunu “tarixi sənəd” adlandırıb. 

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, tərəflər memorandumun siyasi və texniki detallarını tam yekunlaşdırmayıblar:

“Bu cür sənədlərdə elektron imza ilkin razılaşmanı təsdiqləsə də, prezidentlərin üzbəüz görüşü adətən daha geniş paket razılaşmalar, icra mexanizmləri və təhlükəsizlik zəmanətləri ilə müşayiət olunur. Ona görə də həm Vaşinqton, həm də Tehran cümə günü planlaşdırılan görüşdən əvvəl sənədin praktik nəticələrini və mümkün risklərini yenidən nəzərdən keçirə bilər”.

zuriye qarayeva 900x600 1

Züriyə Qarayeva

Politoloq bildirib ki, digər mühüm səbəb regional və daxili siyasi amillərdir:

ABŞ-da Konqres, İsrail və Körfəz müttəfiqlərinin reaksiyası, İranda isə mühafizəkar dairələrin mövqeyi belə bir razılaşmanın gələcəyinə təsir edir. Tərəflər memorandumun yaratdığı ilkin müsbət fonu qorumağa çalışsalar da, son anda yeni şərtlər irəli sürülməsi, əlavə təminatlar tələb olunması və ya regional təhlükəsizlik məsələləri ilə bağlı fikir ayrılıqları görüşün keçirilməsi barədə ehtiyatlı davranmağa səbəb ola bilər. Bu baxımdan “gözləmə mövqeyi” daha çox razılaşmadan geri çəkilmək deyil, onun siyasi dayanıqlığını yoxlamaq cəhdi kimi görünür”.

Ləman İmran
Globalinfo.az

Paylaş: